FHN-in Şimal-qərb Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyini keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Qəbələ rayonu, H.Rəşidov adına Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin komandası I yerə, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin komandası II yerə, Balakən rayonu, Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...