FHN-in komandası üzgüçülük yarışında bürünc medal qazanıb
10 fevral 2024-cü il tarixində Bakı Su İdman Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük üzrə yarışlara yekun vurulub.
21 qurumdan 72 əməkdaş (60 kişi, 12 qadın) komanda və fərdi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin üzgüçülük üzrə kişilərdən ibarət komandasının üzvləri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət mayoru Natiq Şıxəliyev, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov və Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları baş leytenant Rüstəm Esetov və çavuş Novruz Əliyev 4 nəfər olmaqla yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 4x50 m sərbəst üsul estafet yarışlarında FHN-in komandası 2 dəqiqə 19 saniyə vaxtla finiş xəttinə çataraq yarışın bürünc medalının sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
13 fevral 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış komanda üzvləri ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...