Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq
Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq.
Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasında konkret təkliflər irəli sürülüb və bu təkliflər üzv dövlətlərinin gündəmə gətirdiyi məsələlərdir: “Bu təkliflərdən birincisi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin akademik məlumat bazasının yaradılmasıdır. Bu təklif ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir. Beləliklə, üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər”.
Erol Özvar bildirib ki, universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib: “Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Tələbə aktivliyi də yüksək səviyyədədir. Lakin universitetlərin tanınması ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət qarşıladılar”.
Türkiyənin Ali Təhsil Şurasının sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması vacibdir: “Biz də türk dövlətləri olaraq keyfiyyət təminatının ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy veriblər. Yekun qərara görə, bu təkliflərin həyata keçirilməsi üçün komissiyalar yaradılacaq və komissiyanın son rəyi ölkə rəhbərliklərinə aidiyyəti üzrə təqdim ediləcək”.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...