Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edib.
Fhnews.az xəbər verir ki, yarışın üçüncü günündə 81 kiloqram çəkidə tatamiyə çıxan idmançı 3-cü yer uğrunda görüşdə çinli Yianqnan Vanqa qalib gələrək bürünc medal qazanıb.
Bu, Azərbaycan millisinin hazırkı dünya çempionatında hələlik ilk medalı olub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Aslan Kotsoyev və Tuncay Şamil ( hər ikisi 90 kiloqram) yarışı medalsız başa vurublar.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...