Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 3-cü nömrəsini təqdim edib
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini təqdim edib.
DİM-dən verilən məlumata görə, jurnalın bu nömrəsində “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tanış olmaq mümkündür. Jurnalda, həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2024/2025-ci tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.
“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...