Bu il Yerdən ulduz partlayışını adi gözlə müşahidə etmək mümkün olacaq
3 000 işıq ili uzaqlıqda yerləşən ulduzun partlamasını Yerdən adi gözlə görmək mümkün olacaq.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, möhtəşəm kosmik hadisənin 2024-cü ilin mart-sentyabr ayları arasında baş verməsi gözlənilir.
Bildirilir ki, bizə bu fürsəti verən ulduz sistemi “T Coronae Borealis” kimi tanınır. Yerdən təxminən 3 000 işıq ili uzaqda yerləşən bu sistem bir-birinin ətrafında fırlanan qırmızı nəhəng ulduz və ağ cırtdandan ibarətdir. Ağ cırtdan qırmızı nəhəngdən kifayət qədər ulduz materialı udduqdan sonra qısa termonüvə partlaması yaşayacaq.
“Yeni ulduzu müşahidə etmək unikal bir fürsətdir, çünki o, təxminən hər 80 ildən bir partlayır”, - deyə NASA-dan bildirilib.
Alimlər “T Coronae Borealis”in parlaqlığının Qütb ulduzunun parlaqlığı ilə müqayisə oluna biləcəyini təxmin edirlər. O, bir həftə görünəcək, sonra sönəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...