27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

18-05-2024
IMG

Mayın 20-dən 26-dək ilk dəfə Bakıda keçiriləcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti müəyyənləşib.

Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Komandanın tərkibində Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yer alıb.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Şəhanə Nəzərova (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram), Nigar Mirzəzadə (65 kiloqram) və Mərziyə Sadıqova (72 kiloqram) Azərbaycanı təmsil edəcək. Birgül Soltanova (62 kiloqram) zədələndiyi üçün adı iştirak ərizəsindən çıxarılıb.

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Yığmanın heyətində Elman Ağayev (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Ali Tsokayev (79 kiloqram), Arseniy Djioyev (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Rəvan Musayev (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) uğurlu çıxış etməyə çalışacaq.

Görüşlər hər gün 10:30-da start götürəcək. Açılış mərasimi mayın 20-də 17:15-də başlayacaq. Həlledici qarşılaşmalar isə 18:00-dan 20:30-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Kamran Əliyev ədaləti qoruyacaq.

Paylaş: