Bakıda kamandan oxatma üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
Bakıda kamandan oxatma üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Fhnews.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq.
Kişi və qadın idmançılar 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) olmaqla üç kateqoriya üzrə bacarıqlarını göstərəcəklər.
Turnirin proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat ayın 24-də açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Üç gün davam edəcək yarışlar saat 10:00-da Dənizkənarı Milli Park ərazisində baş tutacaq.
Bu çempionat yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunmasına töhfə verəcək.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...