27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanın iki boksçusu Avropa birinciliyində növbəti mərhələyə adlayıb

27-06-2024
IMG

Azərbaycan millisinin daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində mərhələ adlayıb.

Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kq) 1/4 finalda Atina Papanikolopu (Yunanıstan) ilə qarşılaşıb.

Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Corciya La Rosa ilə üz-üzə gələcək.

Əminə Tağı (52 kq) da 1/4 final mərhələsini uğurla başa vurub. Milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti mübarizəsində rumıniyalı Mariya Semeniçiuçla qarşılaşacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.

Paylaş: