Azərbaycan və Konqo arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub
Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Azərbaycanda səfərdə olan Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı A.Əliyev ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonağa məlumat verib.
Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandığını vurğulayan baş katib komandamızın bu nəticə ilə ümumi medal sıralamasında 30-cu yerdə qərarlaşdığını qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Azərbaycan Olimpiya komandasının Paris Olimpiadasında qazandığı nəticə münasibətilə təbrikini çatdırıb. Didye Budimbu, həmçinin ölkəsini təmsil edən idmançıların Olimpiya Oyunlarındakı çıxışı barədə məlumat verib.
Görüş zamanı iki ölkə arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Azər Əliyev Didye Budimbuya MOK-un xüsusi hədiyyəsini təqdim edib.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...