Azərbaycan savatçıları Dünya Kubokunda 5 qızıl medal qazanıblar
Azərbaycan savatçıları Avstriyanın Veyz şəhərində keçirilən klublararası Dünya Kubokunda 7 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, assault növü üzrə kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kiloqram), gənclər arasında Yasin İbrahimov (56 kiloqram), Nicat Məhəmmədli (60 kiloqram) və Əli Bəylərzadə (75 kiloqram), prokombat növü üzrə Nicat Məhəmmədli (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklər arasında Tutu İsmayılova (48 kiloqram) gümüş, Həsən Əliyev (65 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...