27 noyabr 2024, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycan karateçiləri Budapeştdən üç medalla qayıdıblar

23-09-2024
IMG

Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş "Budapeşt Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, idmançılarımız yarışda 3 medal qazanıblar.

Turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medala sahib çıxıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) isə Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, "Budapeşt Open" beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.

Paylaş: