Azərbaycan cüdoçusu Paris olimpiadasının finalında
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Fhnews.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə vaza-ari ilə qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.
Qeyd edək ki, bununla da Azərbaycan Paris olimpiadasında ikinci medalı təmin edib. Çünki Zelim Kotsoyev ən pis halda gümüş mükafat qazanacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...