Azərbaycan avarçəkənləri “Olimpiya ümidləri” reqatasında iştirak ediblər
Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq reqatası keçirilib.
Fhnews.az xəbər verir ki, 43 ölkədən yeniyetmə və gənc avarçəkənlərin mübarizə apardığı reqatada Azərbaycan da təmsil olunub.
Böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə kanoe növündə iştirak edib. İdmançılarımız medalçılar sırasına düşə bilməsə də, əzmkar mübarizəsi ilə yadda qalıblar. Xüsusən Əlimurad Hacızadə ilk dəfə iştirak etdiyi turnirdə A finalına qədər yüksəlib.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...