Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib
Azərbaycanın daha bir boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında finala yüksəlib.
Fhnews.az xəbər verir ki, 48 kiloqramda çıxış edən Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.
Aylin Nəzərova (48 kiloqram) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kiloqram) Maria Semeniçiçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.
Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.
Azərbaycanın idmançıları Dünya Kubokunda...
Azərbaycanın güllə atıcısı Serbiyada...
Azərbaycanın kapoeyra millisinin üzvləri...
Azərbaycan taekvondoçuları beynəlxalq...
Bakıda COP29 çərçivəsində veloyürüş...