ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 946 min dəfə istifadə olunub. 85,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin dörd ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 195 milyon olub.
AQTA: Azərbaycanda biotəhlükəsizliyin...
TƏBİB: Həkim və orta tibb işçiləri üçün...
Ötən il Azərbaycanda davamlı...
DİN: Telefonla bank kartları ilə bağlı...
Bakının iki qəsəbəsində qaz olmayacaq...