Rəsədxana: İyunun 11-nə zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin fəallığı bir qədər zəifləyərək əsasən 3697 ləkə regionunda həftə ərzində M sinif alışmalar baş verib. Yerə istiqamətlənmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 10 ləkə qrupunda 148 ləkə qeyd olunur. Hazırda Günəş küləyinin sürəti (369 kilometr/saniyə) normaldır.
İyunun 10-dan 16-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsinin iyunun 8-də baş vermiş TKA-nın təsirı ilə bu gün G2 (orta), iyunun 11-də G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...