25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Qurban bayramında ət istehlakı ilə bağlı mütəxəssis tövsiyələri

17-06-2024
IMG

Qurban bayramında öncə ətin keyfiyyəti nəzərə alınmalıdır. Sağlıq durumunun bəlli olmadığı yerlərdən alınan ətlər insan sağlamlığı üçün çox zərərli ola bilər. Bir çox xəstəliklər var ki, bunlar məhz keyfiyyətsiz ətdən, xəstə heyvandan insana yoluxan xəstəliklər sırasındadır.

Fhnews.az aztibb.az-a istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, yaxşı olar ki, ətin yumşalması üçün bir neçə vaxt, məsələn 24 saata qədər bir müddətdə soyuducuda saxlanılsın. Bu halda artıq onu sağlam istehlak etmək olar.

“Əgər ənənəvi üsulla kəsilən heyvanın əti dərhal bişiriləcəksə, yaxşı olar ki, həddindən artıq çox yağda qızardılmasın, qovrulmasın. Daha çox izqara tipli yeməklərin bişirilməsi daha sağlam hesab olunur. Ümumiyyətlə, ətin faydası çoxdur və saymaqla bitmir. Tərkibində dəmir D vitamini, sink, fosfor, bir qrup vitaminlər, A vitamini, maqnezium kimi minerallar həddindən artıq çox olmasına baxmayaraq, əti normal miqdarda qəbul etmək lazımdır. Bu da gün ərzində sağlam orqanizm üçün 100 - 150 qram nəzərdə tutulur. Yuxarı yaşlı insanların bu miqdarı keçməməsi xüsusilə tövsiyə olunur”, - deyə mütəxəssis qeyd edib.

Daha sonra əti uzun müddət saxlayacağıqsa, yaxşı olar ki, bunu bütöv şəkildə deyil, müəyyən hissələrə ayıraraq soyuducuya yerləşdirək. Çəkilmiş əti bir bişirimlik, doğranmış ətləri də ayrılmış şəkildə saxlamalıyıq. Çünki bir əti təkrar dondurub açdıqda tərkibi zülal olduğu üçün ət daha tez xarab olmağa meyllidir.

Ətin daha çox turş tərəvəzlərlə qəbul olunması və yaxud da üzərinə limon sıxaraq qəbul olunması da faydalı hesab olunur. Bəzən də olur ki, kartofla əti birlikdə bişirirlər. Bu zaman da artıq kartof ətin turşuluğunu alır, yenə də həzm gecikir, mədə bağırsaqda problemlər yaranır. Ona görə yaxşı olar ki, kartofla birlikdə istehlak edəcəyiksə mütləq tərəvəzləri bol etmək lazımdır. Ətin yanında qarnirlər olaraq düyü yerinə bulqurdan, qreçkadan istifadə olunması daha yaxşıdır.

O, vurğulayıb ki, ümumiyyətlə, Qurban bayramında əsas diqqət edəcəyimiz məqamlar bayrama görə gündəlik qəbul edəcəyimiz yemək miqdarını aşmamaq, günlük su miqdarımızı hər orqanizmə görə təmin etməliyik. Bu da hər orqanizmin hər çəkisinə, hər bir kiloqram çəkiyə görə 0 nöqtə 30 ml hesablanır ki, bu miqdarı mütləq içmək lazımdır.

Axşam yeməklərində ətin həzmi daha çətin olur və yaxşı olar ki, yeməkdən sonra həmin kalorinin enerjiyə çevrilməsi üçün hərəkətli olaq. Əgər hərəkətli olmayacağıqsa yüngül qidalarla qidalanmağımız daha sağlıqlı hesab olunur.

Xüsusən, xəstələrlə diqqətli olmaq lazımdır. Məlumdur ki, Qurban bayramında ətdən hazırlanan qidalar daha çox olur. Ət qidaları ilə paralel mütləq süd məhsullarından istifadə etmək də məsləhət görülür.

Paylaş: