25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Qablaşdırma kimyəvilərinin dörddə biri insan orqanizmində aşkarlanıb

19-09-2024
IMG

Bütün qidaları əhatə edən qablaşdırmanın insan orqanizminə nə dərəcədə nüfuz etdiyi açıqlanıb.

Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, qida qablaşdırmasında istifadə edildiyi bilinən 14 minə yaxın kimyəvi maddədən 3601-nin, yəni dörddə birindən çoxunun orqanizmə daxil olduğu müəyyənləşib. Bu kimyəvi maddələr saçda, qanda və ana südündə tapılıb.

Tədqiqat üçün əvvəlcə paketlərdə olan kimyəvi maddələrin siyahısı tərtib edilib. Daha sonra bu maddələr qlobal toxuma banklarının məlumat bazalarında axtarılıb. Bu kimyəvilər təbiətdə çox uzun müddət qala bildiyi üçün “sonsuz kimyəvi maddələr” adlandırılan metallar, uçucu üzvi birləşmələr, perfluoroalkil və poliflüoralkil maddələr kimi endokrin sistemi zədələyən və xəstəliklərə səbəb olan bir çox maddəni ehtiva edir.

“Journal of Exposure Science” and “Environmental Epidemiology” elmi jurnalında dərc olunan məqalə xəstəliklər və kimyəvi maddələr arasındakı əlaqəni birbaşa təhlil etmir. Lakin alimlər insan orqanizmində tapılan kimyəvi maddələrin siyahısının aşkarlanmasının gələcək sağlamlıq araşdırmalarına fayda verəcəyini bildiriblər.

Məqalənin həmmüəlliflərindən Ceyn Munke qeyd edib ki, insan sağlamlığına mənfi təsirləri məlum olan zərərli kimyəvi maddələr qablaşdırmadan daxil olur: “Qida paketləri arasında ən çox kimyəvi maddələr plastikdən gəlir. Yəqin ki, bunların ən pisi təkrar emal olunmuş kağız və kartondur. Bu materiallardan hazırlanan qablaşdırmalardakı boyaların qida ilə qarışmaması lazımdır”.

Alimlər uzun illərdir ki, kimyəvi maddələrin qablaşdırmadan qidaya daxil olduğunu bilirlər. Bunun dərəcəsi qida və qablaşdırma növünə görə dəyişir. Yüksək temperatur süzülməni artırdığından, alimlər “mikrodalğalı sobada yeməyi daha tez qabdan çıxartmağı” tövsiyə edirlər. Yağ və turşuluqla zəngin olan və ya daha kiçik qablara preslənən, qablaşdırma ilə daha çox təmasda olan qidalar da kimyəvi maddələri udur.

Amerika Kimya Şurası araşdırma ilə bağlı açıqlama yayıb. Qurumun sözçüsü Erik Şi materialların təhlükəsizliyi üçün geniş təhlillər apardıqlarını diqqətə çatdırıb: “Bu araşdırma məqaləsi kimyəvi maddələri geniş kateqoriyalara ayırıb. Onların hər birinin xüsusi istifadəsi və xüsusiyyətləri var. Bu səbəbdən hamısını birlikdə təsnif etmək problemlidir”.

Paylaş: