Növbəti meteor yağışının pik vaxtı məlum olub
Perseid meteor axını avqustun 12-nə keçən gecə pik həddinə çatacaq.
Fhnews.az xəbər verir ki, bu barədə TASS-a Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.
Astronomlar güclü meteor yağışı proqnozlaşdırırlar. Belə ki, maksimumda zenitdə saatda 120-yə qədər meteorun görünməsi proqnozlaşdırılır.
Yağış ən yaxşı gecənin ikinci yarısında və səhər saatlarında - şərq istiqamətində və üfüqdən yüksəkdə müşahidə olunur.
Səmada çoxlu “atan ulduzların” göründüyü perseidlərin aktiv fazası avqustun 10-da başlayacaq.
Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...