Növbəti GRE imtahanı keçiriləcək
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı iyulun 19-da Dövlət İmtahan Mərkəzinin (DİM) Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...
Birinci sinfə qəbulda prioritet tətbiq...