Multivitamin qəbul edərkən 4 məqamı nəzərə almaq lazımdır
Soyuq günlər yaxınlaşdıqca bir çox insan qida əlavələri qəbul etməyə başlayır və ən populyar məhsullardan biri də multivitaminlərdir. Mövsümi keçidlər epidemiyaları da özü ilə gətirir.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti ölkədə ən çox istehlak edilən əlavənin multivitaminlər olduğunu bildirərək, onları qəbul edərkən nəzərə alınması lazım olan 4 məqamı sadalayıb.
Harvard Universiteti Tibb Fakültəsindən Pieter Cohen mövzu ilə bağlı danışaraq əslində yalnız qida komponentlərini kifayət qədər həzm edə bilməyən və çox ciddi bir pəhrizə riayət etməli olan insanların onlara lazım olduğunu diqqətə çatdırıb. Digər tərəfdən, eyni məktəbin profilaktik tibb mütəxəssisi JoAnn E.Manson, hər ehtimala qarşı, kifayət qədər sağlam qidalanmadıqlarını düşünənlərin multivitamin qəbul etmələrinin ağlabatan olduğunu düşünür.
Qəzetdə sadalanan 4 məqamdan birincisi, multivitamin düzgün dozada qəbul edilməlidir. Multivitamin haqqında təlimatları oxuyaraq tövsiyə olunandan çox vitamin qəbul etmək olmaz. Təbiilik iddialarına diqqət yetirmək vacibdir. Daha az işlənmiş qidaların vitaminlərə çevrilməsi yalnız intensiv emal prosesi ilə mümkündür. Tufts Universitetindən Joel Mason bildirib ki, mənbə bu həblərin necə işləməsinə çox təsir etmir. Ucuzdan çox da fərqlənməyən bir şey üçün daha çox pul ödəməyin mənası yoxdur. Həbin ölçüsünü yoxlamaq lazımdır. Multivitaminlərin böyük ölçüləri bəzi insanların onları udmaq iqtidarında olmamasına səbəb olur. ABŞ Qida və Dərman İdarəsi udulması lazım olan dərmanların 17 millimetrdən böyük olmaması gərəkdiyini bildirsə də, bəzilərinin ölçüsü 10 millimetrdən 20 millimetrə qədər ola bilər. Uyğun olanı istifadə etmək lazımdır. Hər multivitamin hər kəs üçün uyğun deyil. Həmçinin “qadınlar üçün” və ya “yaşlılar üçün” yazılan məhsulları axtarıb tapmaq mühümdür. Onlar ehtiyaclara daha yaxşı cavab verə bilər. Bir çox insan daha sağlam həyat sürmək üçün fərdi vitamin və ya mineral əlavələrdən və ya multivitaminlərdən istifadə edir. Bu əlavələr üçün qlobal bazarın on milyardlarla dollar dəyərində olduğu təxmin edilir.
ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları iyun ayında dərc etdikləri elmi məqalədə multivitamin əlavələrinin ömrü uzatmadığını ortaya qoyublar. Alimlər sağlam qidalanma və idmanın əhəmiyyətinə diqqət çəkiblər.
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...