İstanbul sahillərində təbiət hadisəsi baş verib
İstanbul sahillərində əmələ gələn tornado vətəndaşların kameralarına düşüb.
Fhnews.az xəbər verir ki, hadisə Türkiyədə qeydə alınıb. Belə ki, axşam saatlarında Arnavutköy Karaburun sahilində dənizdə tornado əmələ gəlib.
Çimərlikdə istirahət edən vətəndaşlar ehtiyat tədbiri olaraq dənizdən çıxaraq sahildən uzaqlaşıblar.
Həmin anlar kameralara düşüb.
Qeyd edək ki, meteorologiya İstanbulda günorta saatlarında meydana gələ biləcək mənfi hava şəraitinə qarşı xəbərdarlıq etmişdi.
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...