İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərində işlər intensiv şəkildə davam edir
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İğdır-Naxçıvan Təbii Qaz Kəmərini vaxtından əvvəl hazır vəziyyətə gətirəcəklərini və qazın bu il Türkiyə üzərindən Naxçıvana çatdırılacağını bildirib.Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığın bütün dünyada təqdir olunduğunu deyən Bayraktar əməkdaşlığın təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini açıqlayıb.
Bayraktar hər iki ölkə prezidentlərinin rəhbərliyi ilə enerji sahəsində çox böyük layihələr, o cümlədən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin həyata keçirildiyini xatırladıb,həm regional, həm də qlobal əhəmiyyətə uyğun olaraq işlərini davam etdirildiyini deyib.
Yeni layihələr üzərində də çalışdıqlarını bildirən Bayraktar "İğdır-Naxçıvan Təbii Qaz Kəmərində işlər intensiv şəkildə davam edir. Bu xətti vaxtından əvvəl hazır vəziyyətə gətirəcəyik. Bu ilin qış aylarında Naxçıvanın qazı Türkiyə üzərindən gələcək"-deyib.
Elektrik enerjisi sahəsində çox mühüm irəliləyişlərin olduğunu bildirən Bayraktar vurğulayıb ki, Azərbaycan çox güclü bərpa olunan mənbələrə malik ölkədir. Xəzər dənizindəki külək tutumu və Naxçıvandakı günəş enerjisi tutumu təkcə Türkiyədəki şirkətləri deyil, bir çox şirkətləri də cəlb edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...