22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizədə gördüyü işlər müsbət qiymətləndirilib

16-05-2024
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun nümayəndələri arasında görüş keçirilib.

TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov QİÇS, vərəm və malyariya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən danışıb, bu istiqamətdə istər yerli, istərsə də qlobal əməkdaşlıqların prosesin ümumi gedişatına böyük fayda verdiyini bildirib. O, sözügedən sahədə fondun dəstəyinin faydalarını xüsusi qeyd edib və bununla bağlı bütün səy və təşəbbüslərin sağlam cəmiyyətin qurulmasında mühüm rol oynadığını vurğulayıb.

Qlobal Fondun Portfolio meneceri Olqa Avdeeva ölkəmizdə səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib, Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.

Görüşdə tərəflər arasında vərəm əleyhinə dərmanların dövlət satınalması, eləcə də icma əsaslı təşkilatların vərəm hallarının aşkarlanması prosesində fəallıqlarının artırılması üçün Əməliyyat planının hazırlanması ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları görüşün əsas müzakirə mövzusu olub.

Paylaş: