13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

AQTİ-də növbəti “Açıq qapı” günü keçiriləcək

04-06-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü iyunun 7-də - Ümumdünya Qida Təhlükəsizliyi Günündə saat 14:00-dən 16:00-dək keçiriləcək.

Fhnews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının İnstitutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.

“Açıq qapı” günündə iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72 (daxili 205) telefon nömrəsi və ya “1003 – Çağrı Mərkəzi”nə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.

Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” günlərində vətəndaşlar və bir sıra media nümayəndələri iştirak edib və qida təhlükəsizliyi sahəsində onları maraqlandıran suallar mütəxəssislər tərəfindən əyani şəkildə cavablandırılıb.

Paylaş: