"Əbədi siçan" yaradılacaq
Kompüter avadanlığı istehsalçısı kimi tanınan "Logitech" şirkətinin baş direktoru Hanneke Faber geniş müsahibə verib.
Fhnews.az "The Verge"ə istinadən xəbər verir ki, söhbət zamanı menecer şirkətin ekoloji təmizliyə və davamlılığa yönəlmiş gələcək məhsulları haqqında danışıb.
Yeniliklər arasında "əbədi siçan" diqqəti cəlb edib. Onun əsas üstünlükləri azaldılan tullantı miqdarı (yeni cihazda batareya dəyişikliyinə ehtiyac yoxdur) və artan xidmət müddətidir.
Faberin fikrincə, istifadəçilər yalnız proqram təminatını yeniləməli və ya abunə haqqını ödəməli olacaqlar ki, bu da cihazı daha sərfəli edəcək.
Alimlər yeməli yosunlarda dərinin...
Şərqi Aralıq dənizində dəniz otu...
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...