Tunis sahillərində 20 gündə 58 qeyri-qanuni miqrant itkin düşüb
Tunis sahillərində son 20 gündə ən azı 58 qeyri-qanuni miqrant Aralıq dənizini keçərək İtaliyaya keçmək istəyən zaman itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Tunis İqtisadi və Sosial Hüquqlar Forumunun üzvü İslam Gharbi bildirib ki, bu dövrdə Tunis sahilləri vasitəsilə İtaliyaya gələn qeyri-qanuni miqrantların sayı 447-yə çatıb.
Onun sözlərinə görə, bu müddət ərzində Tunis hakimiyyəti tərəfindən 1285 qeyri-qanuni mühacir həbs edilib ki, onların da əksəriyyəti Saharadan cənubda yerləşən Afrika ölkələrindən olub.
Tunis Avropaya qeyri-qanuni daxil olmaq istəyən miqrantların əsas çıxış nöqtələrindən biridir. 2023-cü ildə təxminən 17 min 322 qeyri-qanuni miqrant Tunis sahilləri vasitəsilə İtaliyaya gəlib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...