Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün daimi əsasda etibarlı olacaq vizasız giriş rejimini təsdiqləyib.
Fhnews.az xəbər verir ki, “Bangkok Post” qəzeti bu barədə Tailand Nazirlər Kabinetinə istinadla məlumat yayıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Tailand hakimiyyəti pilot layihə çərçivəsində Qazaxıstan pasportuna malik şəxsləri viza prosedurundan azad edib. Bundan sonra Qazaxıstan vətəndaşları üçün vizasız rejim vaxt məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Tailand Turizm İdarəsinin məlumatına görə, ötən il ölkəyə 172 min qazaxıstanlı səfər edib, bu ilin sonunadək isə onların sayının 220 mini ötəcəyi gözlənilir.
Çin rabitə texnologiyalarını sınamaq...
Bodrum sahilində zəlzələ olub...
Rusiyanın regionunda meşə yanğınları...
Oğurlanmış Budda heykəli 13 ildən sonra...
Tədqiqat: Qandakı kofein səviyyəsi bədən...