AMEA-da “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub
İyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub.
Fhnews.az xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl artım”, “yaşıl texnologiyalar” Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir.
AMEA rəhbəri təqdimatı keçirilən kitabın COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Qeyd edib ki, nəşrin ideya rəhbəri və “Ön söz”ünün müəllifi VI çağırış Milli Məclisin deputatı dosent Sadiq Qurbanov, redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovdur. Kitabda Prezident İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və ondan seçilmiş iqtibaslar xronoloji ardıcıllıqla verilib. Nəşrə ölkə rəhbərinin imzaladığı qanunlarla yanaşı, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq konvensiyalar daxil edilib, həmçinin kitabda 20 il müddətində qəbul olunmuş Dövlət proqramları əksini tapıb.
AMEA rəhbəri üçcildliyin tədqiqatçılar, eləcə də ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün mötəbər mənbə olduğunu bildirib.
Sonra ekologiya və təbii sərvətlər naziri, COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev kitabın mahiyyətindən danışıb, üçcildliyin məlumatlılığın artırılması sahəsində vacib rol oynayacağına əminliyini bildirib.
Daha sonra nəşrin redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasov çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər. Bildirilib ki, ekoloji maarifləndirmə məqsədilə çap olunan kitabda 62 qanun, 97 fərman, 95 sərəncam öz əksini tapıb.
Sonda layihənin rəhbəri və baş məsləhətçisi, nəşrə “Ön söz”ün müəllifi, VI çağırış Milli Məclisin deputatı dosent Sadiq Qurbanov çıxış edib. O, Zakir İsmayılov və Səməd Vəkilovun tərtibçiliyi ilə nəşrə hazırlanmış üçcildliyin qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...