25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Yunanıstanda bənd suyunun səviyyəsi aşağı düşüb

13-09-2024
IMG

İqlim böhranı səbəbiylə bütün Şərqi Aralıq dənizində yaşanan quraqlıq problemi Yunanıstanın paytaxtı Afinada bənd sularının çəkilməsinə, altındakı strukturların isə səthə çıxmasına səbəb olub.

1960-cı ildə ölçmələr qeydə alınmağa başlayandan bəri ən yüksək orta yay temperaturunu yaşayan Yunanıstanda yağışların mövsüm normalarından aşağı olması nəticəsində su ehtiyatları azalıb. Paytaxt Afinanı və ətrafını illərdir su ilə təmin edən Mornos bəndinin səviyyəsinin azalması ilə sular altında qalan kənd yenidən gündəmə gəlib.

Paylaş: