25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Yeni  bionik dəri tonlarla yanacağa qənaət edəcək

22-07-2024
IMG

Alimlər delfinlərdən ilhamlanaraq gəmi pərvanələrinə bərkidilə bilən bionik dəri hazırlayıblar. Çinli tədqiqatçılar ixtiranın böyük bir tankerə ildə 300 ton yanacağa qənaət etməyə imkan verəcəyini deyirlər.

Delfinlər suda üzərkən dərilərində əmələ gələn selik yağlanma təmin edir və su axınının kinetik enerjisini minimuma endirir. Eyni zamanda, yüksək sürətlə hərəkət etdikləri üçün dəriləri çox nazik bir turbulentlik təbəqəsi yaradır. Demək olar ki, heç bir sürtünmə yaratmayan təbəqə sayəsində heyvan sözün əsl mənasında suda sürüşür.

Laminar axın adlanan bu mexanizm su və hava nəqliyyatında istifadə olunur. Çindəki Ninqbo Material Texnologiyaları və Mühəndisliyi İnstitutu  gəmiçilik şirkəti “COSCO Shipping Energy Transportation” ilə əməkdaşlıq edərək gəmi pərvanələrində istifadə üçün oxşar texnologiya hazırlayıb.

Tədqiqatçılar delfinlərdən ilhamlanan yeni bionik dərinin maye kimi dinamikaya malik interfasial materiallardan və 0,1-0,2 millimetr elastik materiallardan ibarət olduğunu bildirirlər. Gəmilərdə istifadə edilən normal pərvanələrə bərkidilmiş dəri su ilə pərvanə arasında kəsmə qüvvəsini azaldaraq səmərəliliyi artırır. Su ilə gərginliyi azalan pərvanə daha az enerji sərf edir.

Alimlər həmçinin bionik dəri ilə örtülmüş pərvanənin tək bir avtomobilin illik karbon qazı emissiyasını 900 ton azaldacağına ümid edirlər.

Pərvanəyə quraşdırılmasının 20 min dollara başa gəldiyi deyilən yeni texnologiyanın ildə 140 min dollar qənaət edəcəyi də iddia edilir.

Paylaş: