25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Yaponiyanın Kyusyu adasında güclü zəlzələ olub

08-08-2024
IMG

Yaponiyanın Kyusyu adasındakı Miyadzaki prefekturasının yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi elan edilib. Adada sürət qatarlarının hərəkəti təcili dayandırılıb.

Fhnews.az xəbər verir ki, Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 16.43-də (Bakı vaxtı ilə 11.43) qeydə alınıb. Zəlzələ ocağı Sakit okeanda, suyun 30 kilometr dərinliyində yerləşib.

Miyadzaki və Kaqosima prefekturalarında yeraltı təkanlar 5 bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Zəlzələdən sonra Kyusyu adasının şərq sahilləri, həmçinin Şikoku adasının qərb və cənub sahilləri üçün sunami təhlükəsi elan edilib.

Paylaş: