25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
 

13-01-2024

Yaponiyanın ən iri sərnişin aviadaşıyıcısı olan “All Nippon Airways” şirkətinə məxsus təyyarə uçuşa başladıqdan bir qədər sonra pilot kabinəsindəki şüşədə çat aşkarlanması səbəbindən məcburi eniş edib.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, Sapporo şəhərindən Toyama şəhərinə uçan “Boeing 737” təyyarəsinin pilotları şüşədəki çat səbəbindən geri qayıtmağa qərar verib. Təyyarə yerli vaxtla 12:10-da Sapporo hava limanına təcili eniş edib, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Sərnişinlər digər təyyarə ilə yola salınıb. Hazırda mütəxəssislər araşdırma aparır.

Qeyd edək ki, bu, cari ildə “Boeing 737” təyyarələri ilə bağlı ilk insident deyil. Yanvarın 6-da ABŞ-ın “Alaska Airlines” kompaniyasına məxsus “Boeing 737 MAX 9” təyyarəsi uçuş zamanı pəncərəsinin və gövdəsinin bir hissəsinin qopması səbəbindən məcburi eniş etmişdi. Həmin hadisədən sonra bir çox aviasiya şirkəti “Boeing 737 MAX” təyyarələrinin uçuşunu dayandırıb.

Paylaş: