25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Venesiyanı ziyarət edəcək turistlər üçün məhdudiyyətlər tətbiq olunacaq

01-01-2024

Turizmin mənfi təsirlərinin azaldılması üçün Venesiya şəhərini ziyarət edəcək turist qruplarının həcmi azaldılacaq.

Fhnews.az “Euronews”a istinadla xəbər verir ki, bu barədə Venesiya şəhər rəhbərliyinin açıqlamasında bildirilib.

Açıqlamada iyundan etibarən Venesiyanı ziyarət edəcək turist qruplarının maksimum 25 nəfərdən ibarət ola biləcəyi vurğulanıb. Bundan başqa, turist qruplarının şəhərlə tanışlığı zamanı səsgücləndiricilərdən istifadənin də qadağan ediləcəyi qeyd olunub.

Bu tədbirlərin məqsədinin Venesiyanın tarixi mərkəzi ilə yanaşı, ən çox ziyarət olunan Murano, Burano və Torcello adalarında da hərəkətin nizamlanması olduğu bildirilib.

Xatırladaq ki, BMT-nin mədəniyyət agentliyi Venesiyanın UNESCO-nun təhlükə altında qalan irs nümunələri siyahısına salınması məsələsini iki dəfə müzakirəyə çıxarıb. Həmin müzakirələrdə turizmin şəhərə mənfi təsirləri əsas amil kimi vurğulanıb.

Etiketlər:
Paylaş: