ÜST tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiqini təklif edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiq edilməsini təklif edib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, təşkilatın Avropa ofisinin Siyasət və səhiyyə sistemləri şöbəsinin direktoru Nataşa Azzopardi-Muskat “Politico” nəşrinə müsahibəsində gənc nəslin psixi sağlamlığını qorumaq üçün rəqəmsal cihazlara çıxışın tənzimlənməsinin vacibliyini vurğulayıb.
ÜST-ün nümayəndəsi müəyyən yerlərdə rəqəmsal cihazların istifadəsinin məhdudlaşdırılmasının nəzərdən keçirilməsini, bu məsələnin ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə paralel aparılmasını təklif edib.
Mütəxəssis uşaq və yeniyetmələrə rəqəmsal dünya ilə düzgün qarşılıqlı əlaqənin öyrədilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, azyaşlıların internet məkanında vaxt keçirməsi nəzarət altında olmalıdır.
ÜST-nin Avropa, Mərkəzi Asiya və Kanadada 11-15 yaş arası 280 min uşaq üzərində apardığı son araşdırma yeniyetmələr arasında sosial mediadan və onlayn oyunlardan problemli istifadə tendensiyası aşkar edib. Respondentlərin 10 faizindən çoxu sosial mediadan istifadə zamanı problemlərlə üzləşdiyini bildirib. Qızlar (13 faiz) oğlanlara (9 faiz) nisbətən bu problemlə daha çox qarşılaşırlar. Bundan əlavə, yeniyetmələrin 12 faizi sosial şəbəkələrdə qumar asılılığı riski altındadır.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...