25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

ÜST İspaniyada şiddətli  daşqınlarda  iqlim dəyişikliyinin rolunu vurğulayıb

30-10-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge İspaniyanın Valensiya muxtar bölgəsində 50-dən çox insanın ölümünə səbəb olan güclü yağış və tufanın iqlim dəyişikliyi ilə əlaqəli olduğunu bildirib.

Kluge son 2 gündə Valensiya muxtar bölgəsində təsirli olan daşqın və fırtına ilə bağlı X hesabında paylaşım edib. O, bir ayda qeydə alınan yağış miqdarının yüksək olduğunu yazaraq bunu görünməmiş vəziyyət kimi qiymətləndirib.

Səhiyyə orqanları da daxil olmaqla fövqəladə hallara müdaxilə qruplarına minnətdar olduqlarını bildirən Kluge Avropada və dünyada getdikcə nizamsızlaşan hava hadisələrinin iqlim dəyişikliyi və böhranla əlaqəli olduğuna diqqət çəkib və iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin üzv ölkələrlə birlikdə prioritet olaraq həll edilməli bir problem olduğunu bildirib.

Qeyd edək ki, Valensiya Əməliyyat Koordinasiya Mərkəzinin  verdiyi açıqlamada bölgənin güclü yağış, sel və daşqınlardan zərər çəkmiş rayonlarında ən azı 51 nəfərin cəsədinin tapıldığı bildirilib.

İspaniya hökuməti ötən gecə əlverişsiz hava şəraitinin yaratdığı can və mal itkisi ilə əlaqədar böhran masası yaradıb.

Paylaş: