25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

ÜST: Bu il Afrikada 30 min meymun çiçəyi virusu qeydə alınıb

25-09-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatı bu il əksəriyyəti Konqo Demokratik Respublikasında olmaqla 30 min şübhəli meymun çiçəyi virusu faktının olduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qitədə 800-dən çox insan M-pox virusu şübhəsi nəticəsində dünyasını dəyişib.

Bu ilin 9 ayı ərzində Afrikada 29 min 342 şübhəli meymun çiçəyi virusu hadisəsi və 812 ölüm hadisəsinin görüldüyünü bildirən ÜST avqust ayında dünya üzrə cəmi 2 min 82 meymun çiçəyi virusu hadisəsinin qeydə alındığını təsdiqləyərək bunun 2022-ci ilin noyabr ayından bu yana yüksək göstərici olduğunu bildirib. 

Afrika Birliyi Xalq Sağlamlığı Agentliyinin açıqlamasında bildirilir ki, 2023-cü ildə epidemiyanın təsirləndiyi 7 ölkədə 14 min 957 yoluxma və 739 ölüm halı qeydə alınıb ki, bu da 2022-ci ilə nisbətən 78,5 faiz artıqdır.

Paylaş: