25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı: İstixana qazlarının intensivliyi 2023-cü ildə rekord səviyyəyə çatıb

28-10-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ildə dünyada istixana qazlarının konsentrasiyalarının rekord səviyyəyə çatdığını və bunun yaxın illərdə temperaturun artmasına səbəb olacağını bildirib.

Təşkilat istixana qazlarının intensivliyi və onun hava istiliyinə təsiri haqqında hesabat dərc edib.Hesabatda karbon qazının atmosferdə hər zamankindən daha sürətlə yığıldığı qeyd edilib və əlavə edilib ki, cəmi 20 ildə karbon qazının konsentrasiyası 11,4 faiz artıb. Hesabatda 2023-cü ildə atmosferdə karbon qazının artmasının 2022-ci ilə nisbətən daha yüksək olduğu da vurğulanıb.

Bildirilir ki, karbon qazı emissiyalarının əhəmiyyətli hissəsi atmosferdə qalır və bunun dörddə birindən çoxu okeanlar, təxminən 30 faizi isə quru ekosistemləri tərəfindən udulur. 

Hesabatda fikirlərinə yer verilən ÜMT-nın baş katibi Celeste Saulo atmosferdəki istixana qazı konsentrasiyasının bir daha rekord səviyyələrə çatdığını xatırladaraq, "Bu, qərar qəbul edənlər arasında həyəcan təbili çalmasına səbəb olmalıdır.”-deyib.  

Saulo hər dərəcənin temperatur artımının insan həyatına və planetə mənfi təsir etdiyini vurğulayıb.Təşkilatın baş katibinin müavini Ko Barret isə qeyd edib ki, hesabatda yer alan məlumatlar potensial qapalı dairə ilə üzləşdiyimiz barədə xəbərdarlıqdır.

Paylaş: