25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı: Biz bərpa olunan enerjidə artım müşahidə edirik

12-11-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatının İqlim Xidmətləri Direktoru Kristofer Hevitt iqlim ölçmələrində süni intellektin istifadəsinin həvəsləndirici bir proses olduğunu ifadə edərək, "Dünyada bərpa olunan enerjidə böyük bir artım görürük. Ona görə də mən hesab edirəm ki, bərpa olunan enerji perspektivli görünür, lakin çox yolumuz var"- deyib. 

Kristofer Hevitt Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində sualları cavablandırıb.

İstixana qazı emissiyalarının qlobal istiləşmə ilə mübarizədə ən böyük problem olaraq qaldığına diqqət çəkən Hevitt "Atmosferdə gördüyümüz istiləşməni artırırlar, bu da buz təbəqələrinin əriməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Başqa sözlə, istixana qazlarının artması emissiyalar ən böyük problemdir”- qiymətləndirməsini edib. 

Qlobal enerji istehsalında qurulmuş infrastrukturların olduğunu bildirən Hevitt əlavə edib ki, dünyada bərpa olunan enerjidə böyük bir artım görürük. Ona görə də yenilənə bilən enerjinin ümid verici olduğunu düşünürəm, amma qarşımızda uzun bir yol var.

Ölkələrin iqlim böhranı ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı yeni bir razılaşma əldə edəcəyinə ümid etdiyini ifadə edən Hevitt deyib ki, ÜMT olaraq iqlimin vəziyyəti ilə bağlı hesabatlar hazırlayırıq, iqlim sistemini müşahidə edirik və siyasətçilərə məlumat veririk. Ümid edirəm ki, bu maliyyə və istixana qazı emissiyalarında irəliləyişə səbəb ola bilər.

Qeyd edək ki,ÜMT dünən COP29 çərçivəsində "2024 İqlim Vəziyyətinin Yenilənməsi" adlı hesabatını dərc edib.

Hesabatda bu ilin yanvar-sentyabr ayları ərzində aparılan ölçmələrə görə, 2024-cü ilin rekordların ən isti ili olacağı vurğulanıb. Təşkilatın baş katibi Celeste Saulo hesabatda verdiyi qiymətləndirmədə  “Bu il dünyanın müxtəlif yerlərində müşahidə etdiyimiz rekord qıran yağışlar və daşqınlar, sürətlə güclənən tropik siklonlar, ölümcül temperaturlar, amansız quraqlıq və şiddətli meşə yanğınları təəssüf ki, yeni reallığımızın və gələcəyimizin xəbərçisidir”-deyib.

Paylaş: