UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub
Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.
Fhnews.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC iqtisadiyyat və ekonometrika fənni sahəsi üzrə Böyük Britaniyanın Aston, Türkiyənin Sabançı, Çinin Shanghai, İsveçrənin Basel universitetləri, Qətər Universiteti, ABŞ-ın Aeva (Iowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse ali məktəbləri ilə eyni qrupa daxil olub.
Eləcə də UNEC həmin reytinqdə ABŞ-ın Luizana Dövlət, Kaliforniya Riversayd, Vaşinqton Dövlət, Böyük Britaniyanın Lester (401-450), Türkiyənin İstanbul (451-500), Hacettepe, ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən (501-550) önə çıxıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...