Türküstanda "Sərhədsiz Qardaşlıq-III" təlimi keçirilib
Qazaxıstanda Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistanın xüsusi təyinatlı birləşmələrinin iştirakı ilə “Sərhədsiz Qardaşlıq-III” birgə təlimi keçirilib.
Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türküstan vilayətindəki Orda poliqonunda keçirilən çoxmillətli təlimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələrindən 400-dən çox əsgər iştirak edib. Təlimlərdə müşahidəçi qismində Qırğızıstan və İordaniya iştirak edib.
İştirakçı ölkələr və onların orduları arasında təcrübə mübadiləsini təmin etmək, komanda-idarəetmə sistemləri və hərbi hissələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə keçirilən təlim çərçivəsində taktiki atış, paraşütdən istifadə və dağ hazırlığı təşkil edilib.
Təlimin yekun mərhələsində qoşunlar sərhədi keçərək insanların sıx olduğu əraziyə sığınan qanunsuz silahlı birləşmənin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib.6 ölkənin xüsusi təyinatlılarının birgə həyata keçirdiyi xüsusi əməliyyatı Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov da izləyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...