25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Türksat 6A iyulun 9-da kosmosa göndəriləcək

28-06-2024
IMG

Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, peykin orbitə çatdıqdan sonra ən az 1 ay davam edəcək sınaqlardan sonra “Türksat”a təhvil verilməsini və istifadəyə verilməsini planlaşdırırıq.
Peykin “SpaceX” tərəfindən Falcon 9 raketi ilə kosmosa göndəriləcəyini xatırladan nazir “Türksat 6A peykimiz 8 iyul saat 17.20-də “SpaceX”in ABŞ-nın Florida əyalətindəki Cape Canaveral fırlatma mərkəzindən Falcon 9 raketi ilə buraxılacaq. Peyk Amerika  vaxtı ilə iyulun 8-də, Türkiyə vaxtı ilə iyulun 9-na keçən gecə saat 00.20-də kosmosa göndəriləcək. 
Peyk raketdən ayrıldıqdan sonra “SpaceX”in bütün prosesi nəzarətdə saxlayacağına diqqət çəkən Uraloğlu açıqlamasına belə davam edib : 
“Prosesin müvəffəqiyyətlə tamamlanmasından və peykin raketdən ayrılmasından sonra təxminən 70-ci dəqiqədə Türksat 6A peykimizdən ilk siqnalın alınmasını gözləyirik. Peykin ayrılması anından sonra siqnal almaqla, orbitə buraxılış və ayrılmanın uğurlu olduğunu deyə bilərik. Ona görə də bu ilk siqnalın qəbulu böyük əhəmiyyət kəsb edir. Türksat 6A orbitə buraxıldıqdan sonra kimyəvi hərəkət sistemi ilə havaya qalxacaq. Yerli və milli istehsalımız olan Türksat 6A peykimiz uğurla kosmosa göndərildikdən sonra stansiyalar vasitəsilə bütün orbit və alt sistem yoxlamaları aparılacaq və 42 dərəcə şərq uzunluğunda orbitinə doğru kosmos səyahəti başlayacaq. Səfər başa çatdıqdan sonra peykimizin orbital sınaqlara başlaması gözlənilir. Peykin orbitə çatdıqdan sonra ən az 1 ay davam edəcək sınaqlardan sonra “Türksat”a təhvil verilməsini və istismara verilməsini planlaşdırırıq.”
Mövcud peyklərin artıqlığını təmin edəcək Türksat 6A-nın Türkiyənin peyk tutumunu da əhəmiyyətli dərəcədə artıracağına diqqət çəkən Uraloğlu peykin 1 aylıq səyahətindən sonra yerdən 35 min 786 kilometr uzaqlıqda yer alacağını bildirib.”Türksat 6A” 8,4 kilovat gücündə olacaq. Geostasionar rabitə peyki olaraq Türkiyənin rabitə xidmətlərində və geniş əhatə dairəsində, xüsusən də televiziya yayımında peyk rabitə ehtiyacını qarşılaya biləcək peyk nıHindistan, Tailand, Malayziya və İndoneziya da əhatə edəcək. Beləliklə, “Türksat 6” aktiv rabitə peyki ilə dünyanın aparıcı peyk operatorları arasında yerini möhkəmləndirəcək.

Paylaş: