25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Türkiyənin yeni kosmos hədəfləri

21-01-2024

İlk insanlı kosmos missiyasından sonra Türkiyə diqqətini “Dərin Kosmos”a və Ay Layihəsinə yönəldib. İlk kosmik gəminin Aya göndərilməsi 2026-cı ildə planlaşdırılır. Türkiyənin Kosmos Gündəliyinə bir çox peyk və raket layihələri var. Növbəti məqsəd “Ay layihəsini” həyata keçirməkdir. Ayı orbitdən tədqiq etmək və Ay səthinə sərt eniş etmək üçün istifadə ediləcək kosmik gəmi milli imkanlarla istehsal olunacaq. Bundan əlavə, yeni nəsil peyklərin inkişafı sahəsində dünya ilə rəqabət apara biləcək kommersiya brendinin yaradılması hədəflənir.

Türkiyənin regional yerləşdirmə və zamanlama sisteminin inkişaf etdirilməsi, kosmosa çıxışın təmin edilməsi və kosmos limanı fəaliyyətinin qurulması, kosmik hava və ya meteorologiya sahəsinə investisiya yatırılması və bu sahədə səlahiyyətlərin artırılması əsas məqsədlər arasındadır. Türkiyənin kosmos tədqiqatlarına bir çox peyk və raket layihələri də daxildir.

BILSAT, RASAT, Göktürk-1 və Göktürk-2 peykləri, İMECE peyki, TÜRKSAT 3A, 4A, 4B, 5A və 5B peykləri kosmosa göndərilib.İndi ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A-nın vaxtıdır. TÜRKSAT 6A-nın da yaxın aylarda kosmosa göndərilməsi planlaşdırılır.

TÜRKSAT 6A Türkiyə ilə yanaşı Avropa, Şimali Afrika, Yaxın Şərq və Asiyanın əksər hissəsinə xidmət göstərəcək və beləliklə də Türkiyə dünyada rabitə peykləri istehsal edən və inkişaf etdirə bilən ölkələr sırasında yer alacaq.

Paylaş: