Türkiyədən Yunanıstana yardım dəstəyi
Paytaxt Afinaya yaxın Varnavada başlayan və güclü külək səbəbiylə Attikanın müxtəlif bölgələrinə yayılan yanğınla əlaqədar Türkiyə Yunanıstana yardım təklif edib. Diplomatik mənbələrdən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan Afina administrasiyasına Türkiyənin mehriban qonşuluq münasibətləri çərçivəsində Yunanıstana kömək etməyə hazır olduğu mesajını verib.Mənbələr Türkiyədə davam edən böyük yanğının olmamasının Yunanıstana yardım təklifinə imkan yaratdığına diqqət çəkmişdi. Artıq iki yanğınsöndürən təyyarə və bir vertalyot Afinaya çatıb.
Yunanıstanın paytaxtı Afinanın şərqindəki Varnava bölgəsində baş verən yanğınla əlaqədar 9 kənd və 2 xəstəxana boşaldılıb. Yunanıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada Nea Makri və Kapandritiosdakı sağlamlıq mərkəzləri ilə Afinadakı bəzi xəstəxanaların yanğın səbəbiylə artan sağlamlıq ehtiyacları səbəbilə yüksək hazırlıq vəziyyətində olduğu açıqlanıb.
Meteoroloqlar və hökumət rəsmiləri cümə axşamına qədər hava şəraiti ilə əlaqədar meşə yanğınlarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. İqlim Böhranı və Mülki Müdafiə naziri Vassilis Kikilias ölkənin yarısının "qırmızı həyəcan" vəziyyətində olacağını bildirib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...