25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Türkiyədə meşə yanğınları ötən illə müqayisədə 78 % artıb

19-08-2024
IMG

Türkiyənin müxtəlif şəhərlərində rekord temperaturların yaşandığı yay mövsümündə keçən illə müqayisədə meşə yanğınlarında artım olub.Ötən il yanvarın 1-dən avqustun 19-dək Türkiyədə 1419 meşə yanğını baş verdiyi halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 2529-a yüksəlib. Həmin dövrlə müqayisədə yanan meşə sahəsi 8 min 865 hektardan 17 min 456 hektara yüksəlib.

Yanvarın 1-dən avqustun 19-dək meşə olmayan ərazilərdə keçən il 2 min 12, bu il isə 2 min 793 yanğın baş verib.Bu ilin avqust ayında indiyədək 439 meşə yanğını baş verib. Son  4 gün ərzində (15-18 avqust tarixləri arasında) 109-u meşə yanğınları olmaqla 247 yanğına müdaxilə edib.

Türkiyənin iqlim dəyişikliyinin təsirini ən çox hiss edən bölgələrdən biri olduğunu deyən İzmir Bakırçay Universitetinin professoru Şermin Tağıl deyir ki, Şərqi Aralıq dənizi dünyanın ən sürətlə istiləşən bölgələrindən biridir. Bu istiləşmə xüsusilə yay aylarında özünü daha qabarıq göstərir. İsti və quru hava şəraiti yanğınların sürətlə yayılmasında ən təsirli faktordur. Portuqaliya və İspaniyada olduğu kimi Türkiyədə də artan meşə yanğınlarının 90 %i insan qaynağıdır. Son iki ayda təsirli olan quru cənub sektoru küləklərinin bitki örtüyünü qurutduğunu və yanğınlar üçün əlverişli mühit yaratdığını bildirən Tağıl avqust ayında şimaldan əsən güclü küləklərin yanğın riskini daha da artırdığını bildirib.

Paylaş: