25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Temza sahilində orta əsrlərə aid sümük təsbeh muncuğu aşkarlanıb

27-01-2024

Bu yaxınlarda “Portable Antiquities Scheme” (PAS) proqramının artefaktları siyahısına orta əsrlərə aid olan və ölümü xatırladan sümük təsbeh muncuğu daxil edilib. PAS adi insanlar tərəfindən tapılan qədim əşyaların qeydiyyatının aparıldığı proqram əlavəsidir.

Fhnews.az “Guardian” nəşrinə istinadla xəbər verir ki, qədim əşya Kerolayn Nanneli tərəfindən Londonda Temza çayının sahilində tapılıb. Kerolayn London limanı administrasiyasının tələb etdiyi qaydaya uyğun olaraq, zibillərin emalı üzrə 5 illik lisenziyaya malikdir. Onun sözlərinə görə, həmin vaxt arxeoloji qazıntıların axtarışı ilə məşğul olmaq üçün sahil ərazisinə baxış keçirib və bu zaman insan üzü təsvir olunmuş miniatür əşyaya rast gəlib.

Qadın kiçik, amma səliqə ilə işlənmiş əşyanı rəfiqəsinə göstərib. “Biz onu çevirdik və xeyli təəccübləndik. Çünki əşyanın əks tərəfində insan üzü həkk olunmuşdu”, – deyə Kerolayn bildirib.

Onların tapdığı əşya son orta əsrlərə - təxminən 1450-ci ilə aid olduğu ehtimal edilən və artıq 500 ildən artıq müddət ərzində sümükdən kəsilərək cilalansa da, çay suyunun anaerob lili sayəsində əla vəziyyətdə saxlanılan təsbeh muncuğu imiş. Muncuğun hər iki tərəfində insan üzü təsvir olunub. Bir üzündə çox güman ki, Müqəddəs Məryəmin şəkli və əks üzündə “Momento mori” (Ölüm qəfildir) yazısı olan və əşyanın sahibinə ölümü xatırladan kəllə sümüyü həkk edilib.

Muncuq böyük ölçüdə və çox bahalı olmasa da, sözsüz ki, PAS tərəfindən qeydiyyata alınan ən marağa səbəb olan arxeoloji tapıntılardan biridir.

Paylaş: