Taylandda 2024-cü ili möhtəşəm qarşılama
Cənubi Asiya ölkəsi Tailand hər il olduğu kimi bu il də Yeni ili möhtəşəm qarşılayıb. Paytaxt Banqkokda şəhərin müxtəlif yerlərində keçirilən tədbirlərdə yerli əhali və xarici turistlər yeni ilin gəlişini rəngli görüntülərlə qeyd ediblər. Paytaxtın ənənəvi şənlik məkanlarından olan İcon Siam, Central World və Wat Arun məbədində keçirilən tədbirlərə yerli və xarici iştirakçılar böyük maraq göstəriblər.
Banqkokun Çao Phraya çayı üzərində yerləşən İcon Siamda müxtəlif konsertlər, müsabiqələr, dron şouları və rəqs nümayişləri, eləcə də 50 min atəşfəşanlıqla möhtəşəm geri sayım keçirilib.
Taylandın cənub bölgələrində sahilyanı ərazilərdə və ictimai çimərliklərdə də Yeni il şənlikləri keçirilib. Son günlər temperaturun 30 dərəcədən yuxarı olduğu Phuket, Krabi və Pattaya kimi tətil şəhərlərində keçirilən Yeni il şənliyində turistlər əylənib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...