25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Tacikistan və İran arasında vizasız rejim tətbiq ediləcək

06-08-2024
IMG

Avqustun 10-dan etibarən Tacikistan və İran arasında ümumi xarici pasport sahibləri üçün vizasız rejim tətbiq ediləcək.

Fhnews.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2024-cü il avqustun 10-dan Tacikistan və İran hökumətləri arasında ümumi xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında Anlaşma memorandumu qüvvəyə minəcək”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, hər iki ölkənin ümumi xarici pasporta sahib vətəndaşları ilk giriş tarixindən başlayaraq 90 gün ərzində tərəflərin ərazisinə 30 gün müddətinə vizasız səfər etmək hüququna malik olacaqlar. İlk mərhələdə vizasız sistemin tətbiqi yalnız Düşənbə - Tehran və Tehran - Düşənbə marşrutu üzrə hava nəqliyyatından istifadə edənlər üçün həyata keçiriləcək.

Paylaş: