22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Təbii fəlakətlərdən sonra uşaqlarla necə davranmalı?

01-06-2023

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Dünyamız bu məsum  yavruları qorumaq üçün səfərbər olsa da,  çox təəssüf ki, yaşanan təbii fəlakətlərin gətirdiyi acılardan onları mühafizə etmək əlimizdə olmur. Təbii fəlakətlərin uşaqlar üçün nə demək olduğunu heç düşünmüsünüzmü? Uşaqların başa düşəcəyi dildə desək, bu fəlakətlər yerdəki təbii proseslərin yaratdığı mənfi hadisələr kimi müəyyən edilir. Təbii fəlakət hər yaşda olan insanlar üçün stresli bir hadisədir, lakin uşaqlarda daha çox narahatlığa və psixoloji travmalara səbəb olur. Mütəxəssislərin fikrincə, uşaqların baş verənləri anlamamaları və nə olacağını bilməmələri onlar üçün qorxulu ssenari yaradır. Ona görə də, uşaqlarla təbii fəlakətlər haqqında danışmağı və bu çətin prosesdən daha asan keçməyi öyrətmək olduqca önəmlidir.

Təbii fəlakətlər hər yaşda olan insanlar üçün qorxu mənbəyidir. Amma bu fəlakətlər emosiyalarını ifadə etmək və tənzimləmək qabiliyyətinə malik olmayan kiçik yaşlı uşaqlar üçün daha qorxulu və ağır ola bilər. Buna görə də, təbiət hadisələri və onların vura bilcəyi zərərlər haqqında orta məktəbdə  daha düzgün və hərtərəfli bilgi verilməlidir. Xüsusilə də  gənc yaş qrupunun güvəndikləri insanlardan doğru məlumatları öyrənməsi və təcrübə etməsi çox vacibdir. Onlara təbii fəlakət zamanı nə baş verdiyini anlatmaq və ona uyğun hərəkət etmək üçün dəqiq məlumatlar verilməlidir.  Məsələn, mövzu zəlzələdirsə, zəlzələnin daha kiçik yaş qrupu üçün təbii bir hadisə olduğunu və yeraltı hərəkətə görə dünyamızda qar yağması və ya günəşin parlaması kimi titrəmələrin ola biləcəyi kimi zəlzələnin də belə təkanlar olduğunu  izah etməmiz lazımdır.

Araşdırmalara görə, uşaq və yeniyetmələr böyüklərdən daha çox fəlakətlərdən psixoloji  təsirə məruz qalırlar. Bu təsir uşağın yaşına və ailədə onunla rəftarına görə dəyişə biıir. Təbii fəlakətlərin uşaq və yeniyetmələrə psixoloji təsiri Post Travmatik Stress Pozuqluğu  olaraq düşünülsə də, hər bir uşağın bir fəlakətdən sonra eyni problemi yaşayacağını düşünmək səhv olardı. PTSP ilə yanaşı, depressiya, narahatlıq, uyğunlaşma problemləri, fobiyalar və patoloji kədərin fəlakətlərdən sonra uşaq və yeniyetmələrdə ən çox görülən psixoloji təsirlər olduğunu söyləmək olar. Buna qarşı zamanında önləm alınmalıdır. Ona görə də, təbiətin xoş olmayan sürprizlərindən təsirlənən uşaqlara dəstək olmaq, onları maarifləndirmək, həm də ən başlıcası, sevgimizlə əhatə etmək  hər cür fəlakətlərə qarşı ən gözəl sipər ola bilər.

Paylaş: